Gözəl qoxusu və dadı ilə bir çoxlarımızın sevdiyi ananasın vətəni Cənubi Amerikadır. Sadə və ya şirniyyatda istifadə edildiyi bilinən ananasın, şirəsi son günlərin məşhur qidalarından birinə çevrilib. Xüsusilə yay aylarında istifadə edilən ananas suyunun sağlamlığa cox boyuk faydaları var.
Ananas şirəsinin faydaları nələrdir?
Ananas suyu yaşlanma əleyhinə təsirə malikdir. Qırışları azaldır və dəriyə daha gənc və canlı görünüş bəxş edir. Bədənə enerji və canlılıq verir. Boğaz infeksiyasının vaxtında atılmasını təmin edir və antibakterial tərkibi sayəsində sidik yolu infeksiyalarına qarşı təsirlidir.
Ananas suyu arıqlama prosesini dəstəkləyir. Sümük ağrılarını aradan qaldırır. Xüsusilə idmandan sonra içildikdə yorğunluğu azaldır. C vitamini, antioksidantlar və kaliumla zəngindir. Hüceyrə zədəsini qısa müddətdə sağaldır. Qızartı və yaraları müalicə etmək üçün istifadə edilə bilər.
Bu möhtəşəm içki həm də ağız qoxusunu aradan qaldırır və diş çürüməsinin qarşısını alır. Ağızdakı bakteriyaları qısa müddətdə təmizləyir. Qan təzyiqini balanslı saxlayır. Ürək xəstəliklərinə tutulma riskini azaldır. İmmuniteti gücləndirir və soyuqdəymə, qrip kimi xəstəliklərin sağalma müddətini tezləşdirir.
Ananas şirəsinin dəri üçün faydaları
Ananas suyunun tərkibindəki B vitamini dəri üçün faydalıdır. Bu suyu içməklə yanaşı, birbaşa üzünüzə də çəkə bilərsiniz. Tərkibindəki xüsusi fermentlər, dəridə yaşa bağlı qırışlara qarşı təsirlidir. Ananas suyunu pambıq köməyi ilə üzünüzə və göz ətrafına çəkə bilərsiniz. 20 dəqiqə gözlədikdən sonra üzünüzü təmizləyərək baxımınızı tamamlaya bilərsiniz. Bu prosedurla dərinizi dartıb daha parlaq görünməsinə kömək edə bilərsiniz.
Daha rahat nəfəs almaq və daha sağlam yaşamaq üçün ananas suyunu normasında istifadə etməyə diqqət etməlisiniz.