Sağlam qidalanmaq üçün bəzən dadsız qidalar yeməyə məcbur ola bilirik, amma xoşbəxtlikdən banan bu qaydanı pozan qidalardan biridir. Gündə iki banan yeməyin orqanizmə təsiri olduqca diqqətəlayiqdir. Şirin və doyurucu bir seçim olmaqla yanaşı, banan sağlamlıq baxımından zəngin bir qidadır.
Bəs, gündə iki banan yesəniz, bədəninizə nə olar? İndi isə daha çox vaxt itirmədən sağlamlığımıza belə müsbət təsir edən bu meyvəyə daha yaxından nəzər salaq.
Tərkibində təxminən 420 mq kalium olduğu üçün banan yüksək təzyiqi azaldır. Arterial qan təzyiqiniz normala qaytarır.
Banan liflə zəngindir, bu da yedikdən sonra uzun müddət davam edən toxluq hissi yaradır. O, həmçinin iştahınızı azaldan və arıqlamağa kömək edən bir növ nişasta ehtiva edir. Qan şəkərinin səviyyəsini azaldır və orqanizmin insulinə həssaslığını artırır. Vücudunuzdakı hüceyrələr insulinə həssas deyilsə, onlar qlükozanı qəbul edə bilmirlər və mədəaltı vəziniz onu daha böyük miqdarda istehsal etməyə başlayır.
Banan asanlıqla həzm olunur və mədə-bağırsaq traktını qıcıqlandırmır. Tərkibindəki davamlı nişasta sağlam bakteriyalar üçün əlverişli qida mühiti yaradır.
Anemiya – solğunluq, yorğunluq və nəfəs darlığına səbəb olur. Bu, qırmızı qan hüceyrələrinin azalması və qanda aşağı hemoglobin səviyyəsinin nəticəsidir. Bananda qırmızı qan hüceyrələrinin istehsalını stimullaşdıran çoxlu dəmir var.
Bananın tərkibində qan şəkərinin səviyyəsini tənzimləyən və anemiya xəstələrinə kömək edən B6 vitamini də var. Banan ümumiyyətlə B6 vitamini ilə zəngindir. Orta ölçülü banan gündəlik B6 vitamini ehtiyacınızın təxminən 20%-ni qarşılayır. Bu, orqanizmə sağlam hüceyrələr yaratmaq üçün lazım olan insulin, hemoglobin və amin turşuları istehsal etməyə kömək edir.
C vitamininin adətən portağal və ya çiyələkdə olduğunu düşünsək də, banan C vitamini ilə də zəngindir. Vitamin C mühüm antioksidantdır.
Bananda həmçini, bədənimizin xoşbəxtlik hormonu istehsal etməsi üçün lazım olan triptofan adlı bir amin turşusu var. Digər tərəfdən, orta hesabla bananda təxminən 27 mq maqnezium var. Bu mineral yaxşı əhval-ruhiyyəni dəstəkləyərək yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir və Stress səviyyəsini aşağı salır.
Gündə 2 banan yesəniz, orqanizminizə nələr olacağı ilə bağlı məqaləmizin sonuna gəldik. Bananın tərkibindəki karbohidratlar sizi ağır məşqə tab gətirmək üçün kifayət qədər enerji ilə təmin edir. Banan yeyin və sağlam qalın.