Türkiyəyə Doğru: Tireboluda Başlayan Hekayə [II Hissə]

İmtahan günü özümü bir qladiator kimi hiss etdikdən sonra, əsl mübarizə yeni başlayırdı. İmtahanı verdikdən sonra nəticələrin açıqlanmasını gözləmək lazım idi və bu müddət asan keçməyəcəkdi. Dostlarla birlikdə Giresunun arxa küçələrində, səssiz-səssiz ulduzların altında deyil, səsküylü bir ərazidə yerləşən ucuz bir motel tapdıq. Günlük 50 lirəyə otaq kiraladıq, ancaq bu yer bizə yalnız yatmaq üçün …