Atatürk Universitetinə qəbul xəbərindən sonra içimdəki enerji bir anda alovlandı. Artıq sadəcə bir səyahət deyil, həyatımı yenidən yönləndirəcək qərarlar dövrü başlamışdı. Bu dəfəki yolçuluğumun ilk mərhələsi Trabzon idi. Məqsədim yaxın dostum Hafiz və ailəsini görmək, onlarla bir neçə gün Karadeniz havası udmaq, köhnə günləri yad etmək idi. Dörd günlük plan qurmuşdum. Amma qəbul məktubunu aldıqdan …
