Yarımçıq Qalan Online Layihələrim.

Date:

Share:

Həmişə düşünmüşəm: görəsən, mən Startap qurucusuyam, yoxsa sadəcə nəsə yaratmaq istəyən, məqsədləri dəyişkən biriyəm? Bu sual həyatımın bir çox mərhələsində qarşıma çıxıb. Bəlkə də siz də bu hekayədə özünüzdən nələrsə tapacaqsınız.

Hər şey çox illər əvvəl — 2005-ci ildə başladı. ICQ, MSN və çat saytlarının ən məşhur dövrü idi. O vaxtlar hamı səhərə qədər çatlarda vaxt keçirirdi. Mən isə dostumla birgə, adını indi xatırlamadığım, “wap”la başlayan bir çat saytı qurmuşdum. Sayt işləyirdi, özü də yaxşı işləyirdi. Sadə interfeys, sadə funksiya – amma maraqlı idi.

Zamanla sayt məndən çox vaxt almağa başladı və dizaynı da mənə bəsit gəlirdi. Bu səbəbdən saytı dostuma təhvil verib bu işdən çəkildim. Ola bilər deyəsiniz ki, “bu işi niyə batmış sayırsan?”. Cavabım sadədir: bu işə az da olsa pul və çoxlu zaman sərf etmişdim, amma qarşılığında heç nə qazanmamışdım. Yəni ruhumda batmışdı.

İnternetlə Marağım Genişləndi

Sonrakı illərdə internet texnologiyası inkişaf etdikcə marağım daha da artdı. Pulsuz domainlərlə — ucoz.ruwix.com üzərindən şəxsi bloq saytları qurmağa başladım. Sanki bu mənim üçün bir oyun idi — bir şey yaratmaq istəyirdim. Sadə yazılar yazır, nələrisə paylaşırdım. Vaxt keçdikcə daha ciddiləşdim. Artıq öz domenimi, hostingimi alıb işə ciddi yanaşmağa başladım.

İlk real layihəm Baytv.com adlı film izləmə saytı oldu. Saytı sıfırdan qurmuşdum. Hər gün filmlər yükləyir, arxivi genişləndirirdim. Amma bir gün o sayta girmək istədim və giriş mümkün olmadı. Türkiyədə yaşadığım üçün sayt korsan sayılıb bloklanmışdı. Beləcə, vaxtım və sərmayəm bir gecədə puça çıxdı.


Bu uğursuzluq məni dayandırmadı. Növbəti ideya: elan saytı qurmaq idi. Beləcə Satbizde.com adlı bir sayt yaratdım. Hazır skriptlərdən istifadə etmişdim. Hətta 100-dən çox istifadəçiyə qədər çatmışdım. Amma bu dəfə də dərslərimlə sayt arasında qalmaqda çətinlik çəkdim. Gün gəldi və bu saytı da bağladım.


Bir müddət sonra Ekşisozlukdən ilham alaraq sual-cavab platforması yaratmaq fikrinə düşdüm. Pulum olmadığı üçün pulsuz domen – Sozsende.ml adını aldım. Hosting isə əvvəlki layihəmdən qalmışdı. Sayt pis getmirdi. İnsanlar suallar verir, cavablar yazır, xal toplayırdılar. Hətta səviyyə sistemi belə vardı. İnsanlar cavab verir, xal toplayır və səviyyə artırırdı.

Amma mən mükəmməllik axtaran biri idim. “.ml” domeni mənə kifayət qədər “ciddi” gəlmirdi. Beləliklə, Cavabdeh.com domenini alıb bütün sistemi ora köçürdüm. Təəssüf ki, istifadəçilərin çoxu yeni ünvana keçmədi. Sayt tənəzzülə uğradı və bu layihəni də yavaş-yavaş bağladım.


Amma bu ad mənimlə qaldı. Cavabdeh.com saytını bloq halına gətirdim. Maraqlı faktlar paylaşmağa başladım. İnsanlar oxuyurdu. Sayt canlanmağa başladı. Ardınca Cavabdeh YouTube kanalını açdım. Kanal yaxşı izlənmələrə çatdı.

Düzdür, indi videolar atmağa çox vaxtım olmur, amma kanal öz yolunu tapıb davam edir. Daha sonra Cavabdeh kanalının blogdan daha yaxşi nəticələr verdiyi üçün cavabdeh.com saytını da bağladım.


İndi geriyə baxanda bir şeyi anlayıram: bəlkə də Startapçı olmaq üçün mükəmməllik axtarmamaq lazımdır. Çünki mükəmməllik hissi insanın ən böyük düşmənidir. Hər şeyi daha gözəl etmək istədikcə başlayırsan, lakin bitirə bilmirsən.

Mən isə indi daha realistəm. Bilirəm ki, bəzən sadəcə başlamaq belə kifayətdir. Bəzən isə batmaq da faydalıdır. Çünki hər batış, hər uğursuzluq mənə bir şey öyrədib…

Rəşad Baynazarli
Rəşad Baynazarlihttps://baynazarli.com
Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

Subscribe to our magazine

━ more like this

Niyə Bəzi Mahnılar Beynimizdən Çıxmır? | Beynin Gizli Mexanizmi

Mahnılar beyin üçün sadəcə əyləncə deyil; onlar sinir sistemimizin dərin qatlarına toxunur və emosional-memoriya şəbəkələrini işə salır. Bəzən bir mahnını günlərlə, hətta həftələrlə beynimizdə...

Ay niyə hər il Yerdən təxminən 3.8 sm uzaqlaşır?

İnsanlar həmişə Ayın sabit olduğunu düşünürdü, amma elm artıq göstərir ki, Ay Yerdən hər il təxminən 3.8 santimetr sürətlə uzaqlaşır. Bu məsafə çox kiçik...

Delfinlər İnsanlardan Daha Ağıllıdır?

İnsan zəkanı çox vaxt özünə baxaraq ölçür. Yazı yazmaq, alət yaratmaq, şəhər qurmaq, texnologiya istehsal etmək – bütün bunlar insan üçün zəkanın sübutudur. Lakin...

Külək və Ümid: Küləyi Yəhərləyən Oğlanın Arzusu

★★★★★ "İnsan taleyini dəyişə bilərmi? Yoxsa baş verənlərə boyun əyməlidir?" "The Boy Who Harnessed the Wind" (Küləyi Yəhərləyən Oğlan - 2019) filmi, Malavidə yaşayan William adlı...

Alça Niyə Bu Qədər FAYDALIDIR?

Sən heç düşünmüsən ki, yaz aylarında dörd gözlə gözlədiyimiz o turş alçanın arxasında nə qədər fayda gizlənir? Sadəcə ağız sulandıran dadı ilə yox, bu...
spot_img