BlogTarix

Şumerlərin pivə ilahəsi Ninkasi.

e.ə. VI minillikdən başlayaraq Mesopotamiya adlanan bölgədə hökm sürmüş: Şumerlər

Yazıdan astrologiyaya qədər bəşəriyyət inkşafının əsasını təşkil edən bir çox fərqli sahədə qabaqcıl təcrübələr ilk dəfə bu qədim sivilizasiyada ortaya çıxmışdı. Məsələn, dəzgahlarla hazırlanan toxuculuq məhsullarından ilk istifadə edən şumerlər olub. Saxsı və dulusçuluq kimi məişət əşyaları ilə yanaşı, kənd təsərrüfatı fəaliyyəti üçün zəruri olan bəzi alətlər də şumerlər tərəfindən icad edilmişdir.

Şumerlərin pivə ilahəsi Ninkasi.

Şübhəsiz ki, şumerlərin bəşər sivilizasiyasına töhfələri xüsusi sahələrlə məhdudlaşmırdı. Bütün qədim sivilizasiyalarda olduğu kimi şumerlərin də gündəlik həyatında mifologiyanın böyük əhəmiyyəti olmuşdur. Qədim Şumer mifologiyasındakı tanrılar və ilahələr şumerlərin gündəlik həyatını formalaşdırmaqla yanaşı, ondan sonrakı bir çox sivilizasiyalar üçün də mühüm fiqurlar kimi istifadə olunmağa davam etmişdir. Lakin bu tanrılardan bəziləri şumerlər arasında önəmli mövqe tuturdu. Şumerlərin sevimli tanrısı Ninkasi adlanan pivə ilahəsi idi, bu tanrı haqqında maraqlı faktlara gəlin yaxından baxaq.

Pivə Mesopotamiya torpaqlarında yaşayan bütün sivilizasiyalar üçün mühüm qida mənbəyi idi.

Şumerlərin pivəyə xüsusi həvəsi var idi. Çünki qədim zamanlarda pivənin xammalı kimi istifadə edilən taxıl Şumer sivilizasiyasında ən geniş yayılmış və ən ucuz kənd təsərrüfatı məhsulu idi.

Araşdırmalar göstərir ki, qədim zamanlarda yoxsul insanların əsas həyati məhsulu taxıl idi. Buna görə də pivə şumerlər üçün sadəcə alkoqollu içki deyil, həm də həyati önəmi olan məhsul idi. Qədim Şumer sivilizasiyasında pivə içməli sudan daha təmiz və daha sağlam içki hesab edilirdi. Çünki şumerlərin pivə istehsalında istifadə etdikləri üsullar içdikləri pivəni sağlam hala gətirirdi. Həm də müasir su təmizləmə üsullarının ideya olaraq belə mövcud olmadığı bir dövrdə insan və heyvan tullantıları ilə çirklənmiş sular pivənin yanında çox təhlükəli idi. 

Əslində şumerlərə pivə bəxş edən müqəddəs varlıq da çox önəmli idi… Şumer pivə ilahəsi Ninkasi sivilizasiyanın ən vacib tanrılarından biri idi. Ninkasi o qədər vacib idi ki, ondan qat-qat güclü olduğuna inanılan tanrı və ilahələrdən daha çox sevilir və şumerlərin gündəlik həyatında daha böyük yer tuturdu.

Ninkasi şumer dilində “pivə xanımı” deməkdir. Lakin bəzi tarixçilər Ninkasi adının “ağzı dolduran qadın” “tanrılara pivə təklif edən qadın” kimi fərqli mənalar da daşıdığını düşünürlər. Digər tərəfdən, Şumer mifologiyasında Ninksinin “baş” tanrı və ilahələr üçün pivə hazırlamaq və xidmət etmək kimi vəzifələri olduğu məlumdur.

Ninkasi tarixdə ilk ədəbiyyat əsərlərindən birində yer alır.

Bele ki Bölgədə aparılan araşdırmalar zamanı eramızdan əvvəl 18-ci əsrdən daha qədim dövrə aid bəzi kitabələr üzə çıxarılıb. 

“Ninkasi marşı” adlanan kitabələrdə pivə ilahəsini mədh edən qədim şeirlər var idi. Bundan əlavə, pivənin nə qədər dadlı və faydalı olduğu izah edilib, pivənin ruha və ciyərə faydalı olduğu, içənə xoşbəxtlik və sağlamlıq bəxş edəcəyi bildirilib. Lakin bu kitabədə təsvir olunanlar bunlarla məhdudlaşmır.

Burada Şumer dövründə geniş istifadə olunan pivə resepti də var idi. Şumerlərdə pivənin necə hazırlandığı, hansı materiallardan istifadə edildiyi son dərəcə ətraflı və başa düşülən şəkildə izah edilmişdir. Məlumdur ki, ABŞ-da fəaliyyət göstərən bir pivə şirkəti uzun zamandır Şumer reseptləri ilə pivə istehsal edir və çox uğurlu nəticə əldə edir.

Reşat Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu