Xəzər dənizi 5 milyon il əvvəl necə yarandı?
Xəzər Xaqanlığının adını daşıyan Xəzər həm dünyanın ən böyük gölü, həm də dəniz kimi tanınan ən böyük su hövzəsidir. Avropa və Asiya arasında yerləşən Xəzər dənizi ölkəmizdən başqa Qazaxıstan , Rusiya, İran və Türkmənistanla əhatə olunub. Yaxınlıqdakı ən qədim insan qalıqları təxminən 1,8 milyon il əvvələ aiddir və ərazidə bir sıra homo erectus skeletləri tapılıb. Bu tapıtılar ərazidə hətta 11 min il əvvəl insan məskənlərinin mövcud olduğunu göstərir.
Xəzər dənizi necə yarandı?
Qafqaz dağlarının şərqində və böyük Orta Asiya çölünün qərbində yerləşən Xəzər dənizi, təxminən 5,5 milyon il əvvəl Paratetis dənizinin tektonik qalxma və dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində yaranmışdır. Eyni zamanda Qara dəniz, Namak gölü və Urmiya duz gölü də Paratetis dənizinin qalıqlarıdır.
Sahillərində yaşayan qədim xalqlar Xəzər dənizini böyüklüyünə və sularının duzluluğuna görə, yəqin ki, okean kimi qəbul edirdilər. Onun səth sahəsi təqribən 371.000 km2
18-ci əsrdə Xəzər dənizinin hidroqrafı və qabaqcıl kəşfiyyatçısı Fedor Soimonov o zaman az tanınan su hövzəsini müəyyən etdi. Soimonov dörd hissədən ibarət bir sıra xəritələr çəkdi. Bu xəritələr 1720-ci ildə Rusiya Elmlər Akademiyası tərəfindən nəşr edilmişdir.
Dünyanın ilk dəniz quyuları harada qazılıb?
Dünyanın ilk dəniz quyuları Azərbaycanın Bibi-Heybət buxtasında qazılıb. Bu quyuların Ümumi neft ehtiyatı 500 milyon tondan çox idi. 1900-cü ilə qədər Bakıda üç mindən çox neft quyusu var idi ki, onlardan iki mini sənaye səviyyəsində hasil edilirdi. 19-cu əsrin sonlarında Bakı “qara qızılın paytaxtı” oldu. 1941-ci ilə qədər Azərbaycanda ildə 23,5 milyon ton neft hasil edilirdi və təkcə Bakı şəhəri Sovet İttifaqında çıxarılan bütün neftin təxminən 72%-ni hasil edirdi. Bu günün texnoloji imkanları ilə aparılan hesablamalara görə, Xəzər hövzəsində təxminən 50 milyard barel xam neft və təxminən 9 trilyon kubmetr təbii qaz olduğu təxmin edilir.
Xəzər dənizinin coğrafi quruluşu.
Xəzər dənizi dünyanın ümumi göl sularının 40%-44%-ni təşkil edir. O, üç ayrı bölgəyə bölünür: Şimali, Mərkəzi və Cənubi Xəzər. Bu üç bölgə arasında böyük fərqlər var. Şimali Xəzər çox dayazdır, orta dərinliyi 5-6 metrdir və ümumi su həcminin 1%-dən azını əhatə edir. Mərkəzi Xəzər bölgəsi orta hesabla 190 metrlə əhəmiyyətli dərəcədə dərindir. Cənubi Xəzər dənizin ən dərin bölgəsidir və 1000 metrdən çox dərinliyi ilə Fars körfəzi kimi digər regional dənizlərin dərinliyini xeyli üstələyir. Ümumi su həcminin 33%-i və 66%-i Mərkəzi və Cənubi Xəzərin payına düşür. Xəzər dənizinin şimal bölgəsi o qədər dayazdır ki, qış aylarında donur.
Xəzərə 130-dan çox çay axır, onlardan ən böyüyü Volqa, ikincisi Ural çayıdır. Dəniz əsasən şimalda yerləşən, hamısının ümumi sahəsi təxminən 2000 kvadrat kilometrdən az olan və yaşayış olmayan adalara malikdir. Bunlardan ən böyüyü, sahəsi 45 km2 olan, Türkmənistan sahillərində yerləşən Oğurca adasıdır.
Xəzər dənizində həm də qiymətli balıqlar yaşayır. Xəzər nərəsi və onun kürüsü bütün dünyada məşhurdur. Ümumiyyətlə, Xəzər dənizi ətrafında yaşayan hər bir xalq və ölkə üçün olduqca əhəmiyyətli və sevimlidir.