Maralların dostu Yapon şəhəri: Nara

Date:

Share:

Yaponiyanın ortasında yerləşən Nara şəhəri 1200-dən çox Xallı marala ev sahibliyi edir. Onlar heç kimə zərər vermədən və heç kimdən zərər görmədən sərbəst şəkildə şəhərdə gəzirlər. Şəhər nəqliyyatı və ya piyadalar onları heç narahat etmir. İstədikləri kimi yolun kənarında oturub nəqliyyatın hərəkətinə mane ola bilərlər. Bundan heç kim narahat olmur. İnsanlar onların şəklini çəkir və tıxacda olanlar bu marallara baxaraq keçir. 

Nara şəhəri 1200-dən çox Xallı marala ev sahibliyi edir

Əslində adı çəkilən bütün bu gözəlliklər 1880-ci ildə Nara əyalətinin qubernatorluğu tərəfindən qəbul edilmiş qərarla üzə çıxarılmışdır. 660 hektarlıq ərazi milli park elan edilmiş və Parkın idarə edilməsi Nara Qubernatorluğuna məxsusdur. Bu parkda və Nara şəhərində 1200 vəhşi Xallı maralı sərbəst gəzir. 

1637-ci ilə qədər bu maralları öldürmək qadağan idi və bu insanlar ölümlə cəzalandırılırdı. Yaponiyanın milli inancı olan Şintoda marallar tanrıların göndərdiyi elçilər hesab edilir. Bu gün onlar milli sərvət kimi qəbul edilir və qorunur.

Kasuqa məbədi

Vakakusa dağlarının ətəyində yerləşən bu gözəl bölgədə Kasuqa məbədi olduğu üçün hər il yüz minlərlə yapon gəlib bu ziyarətgahda sitayiş edir. Nara Milli parkının bir hissəsi əvvəllər şəxsi mülkiyyət idisə, indi tamamilə ictimaiyyətə açıqdır və xalqın istifadəsinə verilib. 

Nara Milli Parkının bir hissəsində yerləşən Kasuqayama Meşəsi 250 hektar ərazini əhatə edir və burada 175 növ ağac, 60 növ quş və 1180 növ həşərat yaşayır. Bölgədə ov və yaşayış 841-ci ildən qadağan edilmişdir. Bu tarixdə müəyyən edilmiş qaydalar bu günə qədər qorunub saxlanılıb və tətbiq edilib. Buna səbəb bölgədəki Kasuqa məbədinin ibadət mərkəzi olmasıdır.

Xallı marallar vəhşi heyvan olsa da, Nara parkda keçirdikləri 1300 il ərzində əhliləşdirilib və insanlara alışıblar. Maralları yemləmək üçün hər yerdə peçenye mübadiləsi mümkündür. Bununla belə, şəxsi qidalanmanız üçün çıxardığınız yeməklərdən də öz paylarını almaqda çox israrlıdırlar. Onlar mehriban it və ya ərköyün pişik kimi parkın çox qonaqpərvər və çox ac sakinləridir.

Rəşad Baynazarli
Rəşad Baynazarlihttps://baynazarli.com
Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

Subscribe to our magazine

━ more like this

Niyə Bəzi Mahnılar Beynimizdən Çıxmır? | Beynin Gizli Mexanizmi

Mahnılar beyin üçün sadəcə əyləncə deyil; onlar sinir sistemimizin dərin qatlarına toxunur və emosional-memoriya şəbəkələrini işə salır. Bəzən bir mahnını günlərlə, hətta həftələrlə beynimizdə...

Ay niyə hər il Yerdən təxminən 3.8 sm uzaqlaşır?

İnsanlar həmişə Ayın sabit olduğunu düşünürdü, amma elm artıq göstərir ki, Ay Yerdən hər il təxminən 3.8 santimetr sürətlə uzaqlaşır. Bu məsafə çox kiçik...

Delfinlər İnsanlardan Daha Ağıllıdır?

İnsan zəkanı çox vaxt özünə baxaraq ölçür. Yazı yazmaq, alət yaratmaq, şəhər qurmaq, texnologiya istehsal etmək – bütün bunlar insan üçün zəkanın sübutudur. Lakin...

Külək və Ümid: Küləyi Yəhərləyən Oğlanın Arzusu

★★★★★ "İnsan taleyini dəyişə bilərmi? Yoxsa baş verənlərə boyun əyməlidir?" "The Boy Who Harnessed the Wind" (Küləyi Yəhərləyən Oğlan - 2019) filmi, Malavidə yaşayan William adlı...

Alça Niyə Bu Qədər FAYDALIDIR?

Sən heç düşünmüsən ki, yaz aylarında dörd gözlə gözlədiyimiz o turş alçanın arxasında nə qədər fayda gizlənir? Sadəcə ağız sulandıran dadı ilə yox, bu...
spot_img