Dovşanlar haqqında, əvvəllər eşitmədiyiniz 11 sevimli fakt.

Date:

Share:

Dovşanlar son dərəcə istiqanlı heyvanlardır. Onlar kiçik və şirin formaları ilə hər kəsi özünə aşiq edir. Bu maraqlı heyvanlar haqqında yəqin ki, əvvəllər eşitmədiyiniz faktları bir araya topladıq.

Yerkökü dovşanlar üçün yaxşı qida mənbəyi deyil.

Çoxumuz çizgi film qəhrəmanı Bugs Bunny-nin “Nə var nə yox canım?” deyərək yerkökü yeməsinə baxıb böyümüşük. Ancaq təbiətdəki dovşanlar yerkökü kimi kök tərəvəzlər deyil; alaq otları, yonca kimi göyərtilərə üstünlük verirlər. Əlbəttə ki, evcil dovşanınıza yerkökü verə bilərsiniz. Sadəcə həddindən artıq olmamasına diqqət edin, çünki yerkökü yüksək miqdarda şəkər ehtiva edir. Bu, dovşanların dişlərini çürüdə bilər.

Xoşbəxt olduqları zaman bir az dəcəl ola bilərlər.

Onlarla vaxt keçirsəniz, təbiətin ən şirin hərəkətlərindən birinə şahid ola bilərsiniz. Bu şirin tüklü yumaqlar xoşbəxt olduqda havada tullanır və fırlanır.

Dovşanlar haqqında, əvvəllər eşitmədiyiniz 11 sevimli fakt.

Çox hündürə tullanmağı bacarırlar.

Dovşanlar yırtıcılardan qaçmaq üçün güclü arxa ayaqlarından istifadə edirlər. Bu, onların çox yüksəyə tullanmasına kömək edir. Ginnesin Rekordlar Kitabına görə, bu çevik heyvanlar yerdən 1 metr yüksəkliyə tullana bilirlər. Dünyada dovşan sahiblərinin öz heyvanları ilə iştirak edə biləcəyi dovşan tullanma yarışları da mövcuddur.

Onların dişləri həyatları boyu böyüyür və inkşaf edir.

Dırnaqlarımız kimi, dovşanların dişləri də ömür boyu uzanır. İldə 12 sm-ə qədər böyüyə bilən dişlər, dovşanların rahat yemək yeməsinə mane olur. Xoşbəxtlikdən, təbiətdə yedikləri sərt və aşındırıcı qidalar bunun qarşısını almaq üçün yolucu kimi fəaliyyət göstərir.

Dovşanlar Warrens adlı mürəkkəb tunellərdə yaşayırlar.

Dovşanlar kiçik otaqları birləşdirən Warrens adlı evə bənzər tunelləri qazırlar. Bu sığınacaqlar dovşanlara böyük yırtıcılardan rahat şəkildə qaçmağa imkan verir. Tunellər o qədər mürəkkəb qaılıb ki, bəzi tunellərin hətta birdən çox girişi var.

Qulaqları onlara sərin qalmağa kömək edir.

Dovşanın qulaqları iki əsas məqsədə xidmət edir. Birincisi, əlbəttə ki, eşitməkdir. Dovşanlar 4 km-ə qədər məsafədən yaxınlaşan təhlükələri eşitmək üçün qulaqlarını 270 dərəcə çevirə bilirlər. Böyük ölçülü qulaqlar isti günlərdə dovşanların sərin qalmasına da kömək edir. Daha çox səth sahəsi, bədən istiliyinin yayıla biləcəyi daha çox yer deməkdir.

Dovşanların ömrü.

Dovşanlar orta hesabla 10 il yaşayır. Bununla belə, bəzi dovşanlar daha uzun yaşaya bilər. Məsələn, dünyanın ən yaşlı dovşanının yaşı 16-dır. Dovşanların ömrünə təsir edən amillər arasında qidalanma, qulluq, sağlamlıq və ətraf mühit şəraiti var.

Dovşanların bəzi bərələrdə gəzməsinə qadağa qoyulub.

Əfsanəyə görə, 17-ci əsrdə yemək üçün daşınan dovşanlar bir gəminin gövdəsini gəmirərək bir çox dənizçinin ölümünə səbəb olur. Bu hadisədən sonra Brittany Feribotlarında Kanalı keçmək istəsəniz, dovşanınızı özünüzlə gətirə bilməzsiniz. Dovşanlar hətta qısa avtomobil səyahətlərində belə son dərəcə stresli olduqları üçün yol boyu ağlınıza gəlməyəcək hərəkətlər edə bilərlər.

Rəşad Baynazarli
Rəşad Baynazarlihttps://baynazarli.com
Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

Subscribe to our magazine

━ more like this

Niyə Bəzi Mahnılar Beynimizdən Çıxmır? | Beynin Gizli Mexanizmi

Mahnılar beyin üçün sadəcə əyləncə deyil; onlar sinir sistemimizin dərin qatlarına toxunur və emosional-memoriya şəbəkələrini işə salır. Bəzən bir mahnını günlərlə, hətta həftələrlə beynimizdə...

Ay niyə hər il Yerdən təxminən 3.8 sm uzaqlaşır?

İnsanlar həmişə Ayın sabit olduğunu düşünürdü, amma elm artıq göstərir ki, Ay Yerdən hər il təxminən 3.8 santimetr sürətlə uzaqlaşır. Bu məsafə çox kiçik...

Delfinlər İnsanlardan Daha Ağıllıdır?

İnsan zəkanı çox vaxt özünə baxaraq ölçür. Yazı yazmaq, alət yaratmaq, şəhər qurmaq, texnologiya istehsal etmək – bütün bunlar insan üçün zəkanın sübutudur. Lakin...

Külək və Ümid: Küləyi Yəhərləyən Oğlanın Arzusu

★★★★★ "İnsan taleyini dəyişə bilərmi? Yoxsa baş verənlərə boyun əyməlidir?" "The Boy Who Harnessed the Wind" (Küləyi Yəhərləyən Oğlan - 2019) filmi, Malavidə yaşayan William adlı...

Alça Niyə Bu Qədər FAYDALIDIR?

Sən heç düşünmüsən ki, yaz aylarında dörd gözlə gözlədiyimiz o turş alçanın arxasında nə qədər fayda gizlənir? Sadəcə ağız sulandıran dadı ilə yox, bu...
spot_img