Flaminqolar haqqında bilmədiyiniz 6 maraqlı fakt.
Flaminqolar bütün dünyada yaşayan və çəhrayı tükləri ilə tanınan bənzərsiz quşlardır. Bu yazıda flaminqoların həyatı, qidalanması və çoxalması ilə bağlı maraqlı faktları sizin üçün araşdırdıq.
Flaminqolara dünyanın hər yerində rast gəlinir. Bundan əlavə, onların sayı bir çox zooparklarda, quş qəfəslərində və botanika bağlarında kifayət qədərdir.
Flaminqo quşlarının rəngi onların qidalanması ilə bağlıdır.
Vəhşi flaminqonun yeməyinə müxtəlif su mənbələrindən süzülüb gələn karides, plankton, yosun və xərçəngkimilər daxildir. Bu qidalar rəng piqmentasiyası təmin etmədikdə, flaminqo daha boz və ya ağ görünə bilər.
Zooparklarda yaşayan flaminqolar, bənzərsiz rəngini qoruyub saxlamağa və inkişaf etdirməyə kömək edəcək xüsusi pəhrizlə qidalanırlar. Bu pəhrizə əsasən karotenoid piqmentləri olan xüsusi yemlər və ya əlavələr daxildir.
Flaminqoların dimdiyi xüsusi olaraq suyu süzəcək şəkildə inkşaf etmişdir.
Onların dimdiklərində minlərlə kiçik tük var. Flaminqolar dimdiklərinə su götürür və dilləri ilə suyu geri pompalayırlar. Beləliklə, onların qidası tüklərdə saxlanılır və udulur.
Flaminqolar yuvalarını palçıqdan, daşlardan, bitkilərdən və tüklərdən qururlar.
Yuvaların hündürlüyü 30-60 santimetr arasında dəyişir. Bu yüksəklik yuvanı daşqından qorumağa kömək edir. Onlar yuvalarını digər quşlardan uzaqda, çox vaxt duzlu və ya qələvi göllərin yaxınlığında qururlar.
Flaminqolar hər il yalnız bir yumurta qoyan tək yoldaşlı quşlardır. Bu yumurta itərsə və ya zədələnərsə, adətən onu əvəz edə bilmirlər. Flaminqo sürüsü yırtıcılar tərəfindən hücuma məruz qaldıqda və ya təbii fəlakətlə üzləşdikdə, quşların sağalması və sayılarının artması bir neçə il çəkə bilər.
Flamingolar balalarını həzm sistemlərində istehsal etdikləri qırmızı rəngli südlə qidalandırırlar.
Bu süd məməli südü kimi deyil, tərkibində karotenoid piqmentləri olan yüksək yağlı, yüksək proteinli bir maddədir. Erkək Flaminqolar bu südü qusur və dişisinin dimdiyi vasitəsiylə öz balalarını bəsləyirlər.
Flaminqo balaları təxminən iki ay ərzində valideynlərinin südü ilə qidalanır. Bu müddət ərzində balalar dimdiklərinin inkişafını və suyu süzə bilməsini gözləyirlər. Daha sonra balalar, valideynləri kimi, sudakı kiçik heyvanlar və bitkilərlə qidalanmağa başlayırlar.
Flaminqoların ayaqları da çox əlverişli inkşaf etmişdir.
Yetkin bir flaminqonun ayağının uzunluğu 76-127 santimetr ola bilər, yəni bir ayağı bütün bədənindən uzundur. Flaminqoların uzun ayaqları onlara dərin sularda gəzməyə və yemək üçün yem axtarmağa imkan verir. Üç barmaqlı ayaqları palçıqlı yerdə sürüşməmələrini təmin edir. Ayaqlarını su altında avar kimi istifadə edərək də irəli gedə bilirlər.
Flamingolar sinxron hərəkət etməyi sevirlər.
Birlikdə başlarını yelləyir, qanadlarını açır və ya birlikdə uçurlar. Bu davranışların cütləşmə rituallarının bir hissəsi olduğu düşünülür. Flaminqolar həm də yaxşı uçmağı bacarırlar. Onlar adətən miqrasiya edərək qida mənbələri və yuva yerləri arasında yol alırlar. Sürətləri saatda 56 kilometrə qədər çata bilir.
Flaminqolar maraqlı və bənzərsiz quşlardır. Onların həyat tərzi, qidalanması, çoxalması və davranışı haqqında bu videoda çox şey öyrəndik. Bunun kimi maraqlı videoların davamı üçün Cavabdeh kanalımıza abunə olub videonu bəyənməyi unutmayın.