BlogFaydalı

Günəbaxan Tumunun Faydaları: Sağlamlıq Üçün Əhəmiyyətli Xüsusiyyətləri

Günəbaxan tumu kiçik ölçüsünə baxmayaraq, çox sayda sağlamlıq faydası ilə zəngindir. Bu təbii müalicəvi vasitə, vitaminlər, minerallar və antioksidantlarla dolu olması səbəbindən sağlam həyat tərzini dəstəkləmək üçün əla bir seçimdir.

Günəbaxan tumlarında 40-50 faizə qədər əla keyfiyyətli piyli yağ var. Həmin yağı bitkinin toxumları xüsusi press altında sıxılmaqla alınır. Bitkinin meyvələri yetişdikdən sonra onun tumu çərəz kimi istifadə edilir.

Günəbaxan tumunun orqanizmə olan faydaları tərkibində olan antioksidant və digər vitaminlərlə zəngin olmasıdır. Lakin bu faydalı çərəz bəzən asılılıq da yarada bilir. Bu ləzzətli tumlar təkcə dadı ilə deyil, həm də sağlamlıq baxımından çoxlu faydaları ilə diqqət çəkir.

Günəbaxan tumlarında bir sıra vacib qidalar var.

Tərkibində zülal, lif, vitaminlər – xüsusilə E vitamini, minerallar və sağlam yağlar. Bu xüsusiyyətləri sayəsində günəbaxan tumu gündəlik qida ehtiyaclarınızı qarşılamaq üçün əla bir qaynaqdır.

Günəbaxan tumu tərkibində olan E vitamini və fol turşusu ilə ürək-damar xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Tərkibindəki E vitamini orqanizmə antioksidant təsir göstəməklə yanaşı, orqanizmi sərbəst radikallara qarşı qoruyur.

Günəbaxan Tumunun Faydaları: Sağlamlıq Üçün Əhəmiyyətli Xüsusiyyətləri • Baynazarli.com
Günəbaxan Tumunun Faydaları

Sağlamlıq üçün əhəmiyyətli xüsusiyyətləri

Günəbaxan tumları hüceyrələrə dəyə biləcək zərərləri aradan qaldırmaq və beyin sağlamlığını qorumaq qabiliyyətinə malikdir. Hər kəsin bildiyi kimi günəbaxan tumu bağırsağın işini rahatlaşdıraraq, metobolizmi sürətləndirmək qabiliyytinə malikdir.

Günəbaxan tumu bağırsaqlarda olan toksinlərin orqanizmdən xaric olunmasına yardım edir və bununla da xərçəng riskini və xolesterolu azaldır. Bu tumun tərkibində olan təbii fol turşusu və yağ turşuları damar xəstəliklərinin sağalmasına yardım edir.

Bu mükəmməl qida, tərkibində olan vitaminlər sayəsində orqanizmdə olan iltihab əlamətlərinin də aradan qalxmasına yardım edir. Tərkibindəki maqnezium və kalsium, sümük sisteminin möhkəmlənməsinə yardım edir, sümük toxumasının əriməsinin qarşısını alır.

Tərkibində olan doymuş və doymamış yağlar sayəsində günəbaxan tumu qanda xolesterolun normallaşmasında faydası böyükdür. Günəbaxan tumu əzələlərin rahatlaşmasına səbəb olur, qan təzyiqini aşağı salır, immuniteti artırır.

Günəbaxan tumunda saçların uzanması üçün vacib olan vitamin və minerallar var. Protein qaynağı olan bu tum saçların canlılığını artırır və onların canlanmasına yardım edir. Günəbaxan tumu klimakteriya əlamətlərinin azalmasına, dərinin qocalmasının qarşısının alınmasına yardım edir.

Günəbaxan tumunun əks təsirləri

Çoxsaylı faydalı xüsusiyyətlərə malik olsa da, tumlar çox yüksək kalorilidi. Artıq çəki problemindən qaçmaq üçün, gündəlik normaya riayət etmək lazımdır. Norma isə 20-30 qram hesab olunur.

Günəbaxab tumunun daha bir yan təsiri allergiya ilə bağlıdır. Toxumlara qarşı allergiya tez-tez baş verməsə də, allergiyaya meylli olanlar həkimlə məsləhətləşməlidir.

Hər kəsin bədən quruluşu fərqlidir, ona görə də hər hansı qida məhsulunu istehlak edərkən öz sağlamlığınızı və xüsusi ehtiyaclarınızı nəzərə almalısınız..

Reşat Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu