Film Haqqında

Tamaşaçını Yolda Qoyan Film: “Jaula” Haqqında.

Ignacio Tatayın rejissorluğu ilə 2022-ci ildə Netflix platformasında yayımlanan “Jaula” filmi qorxu və sirr janrında təqdim olunur. İlk baxışdan maraq doğuracaq bir əsər kimi görünür, lakin film boyunca yaranan suallar və çatışmazlıqlar tamaşaçıda qarışıq təəssürat yaradır.

Təbaşir, Cizgilər və Şablon Başlanğıc

Filmin başlanğıcı olduqca şablon idi: tutqun hava, meşə, yolun ortasında tənha bir qız və polis səhnələri. Bu kimi səhnələr artıq çox qorxu filmində qarşımıza çıxır. Buna baxmayaraq, filmə bir az da şans vermək qərarına gəldim, ümid edirdim ki, irəlilədikcə maraqlı dönüşlər olacaq.

Filmdə təbaşir və çizgilər maraq doğurur, qısıtlanmış insanları simvolizasiya etdiyi düşünülür. Lakin bu konseptin dərinliyinə enmək mümkün olmur. Travmalı bir uşaqla əlaqə qurmaq mövzusu maraqlı idi, amma bu mövzu kifayət qədər inkişaf etdirilməyib. Hekayənin bu tərəfi yarımçıq qalır və tamaşaçı suallarına cavab tapa bilmir.

Tələskən Final

Film birdən, heç bir məntiqi izah olmadan sona çatır. Bu tələskənlik məni məyus etdi. Klara və onun bioloji anasının hekayəsi nə idi? Onlar niyə bu hala düşdülər? Bu kimi suallar havada qalır. Hekayə axıcılıq baxımından zəifdir və ortaya çıxan suallar cavabsız qalır.

Sonu açıq filmləri sevirəm, çünki belə filmlər tamaşaçını düşünməyə vadar edir. Amma “Jaula” bu baxımdan uğurlu deyil. Film, yaranan maraqlı atmosferi sona qədər qorumaqda çətinlik çəkir. Hekayəni iki yerə bölüb, bir tərəfdən maraqlı giriş yaradan, lakin digər tərəfdən məntiqi bağlanışı təmin etməyən bir əsər kimi ortaya çıxır.

Ümumi Qiymətləndirmə

“Jaula” filmi maraqlı ideyalara sahib olsa da, onların təqdimatında və inkişafında ciddi çatışmazlıqlara sahibdir. Sanki rejissor Ignacio Tatay filmin sounu bağlamağa mövzu tapmayıb ya da Netflix tələsdirib ki “filmi bitirin”. Filmə baxmaq yerinə, vaxtınızı daha dəyərli bir işə sərf etməyi tövsiyə edərdim. Bununla belə, müzakirələrə açıq olan filmləri sevənlər üçün bir dəfə baxmağa dəyər.

Rəşad Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu