Pinqvinlər haqqında 9 maraqlı fakt.
Pinqvinlər ağ-qara rəngləri və dünyanın ən soyuq yerlərində yaşamaq qabiliyyəti ilə məşhurdurlar. Bəs pinqvinlər haqqında başqa nə bilirsiniz? Bu quşların harada yaşadığını, haradan gəldiklərini və niyə azaldığını öyrənmək üçün videonu sona qədər izləyin..
Pinqvinlər haqqında məlumatlar.
Pinqvinlərin soyuq yerlərdə yaşadığını düşünsəniz də, onlar əsasən Cənub yarımkürəsində müxtəlif iqlimlərdə yaşayırlar və ən çox Antarktidada cəmləşirlər. Ekvatorun şimalında yalnız Qalapaqos pinqvininə rast gəlinib.
Pinqvinlər Antarktida ilə ən yaxşı əlaqəli olsalar da, son araşdırmalar göstərir ki, müasir pinqvinlərin ortaq əcdadı ilk dəfə təxminən 22 milyon il əvvəl Avstraliya, Yeni Zelandiya və bəzi Sakit okean adaları sahillərində peyda olub.
Pinqvinlərin bir çoxu tək yoldaşlıdır, Amma yalnız mövsüm üçün . Hər çoxalma mövsümündə pinqvinlər bütün mövsüm üçün birlikdə qalacaqları həyat yoldaşı seçirlər. Pinqvin yeni movsümdə eyni partnyoru seçə və ya seçməyə bilər. Pinqvinlər tək başlarına çıxdıqları 300 kilometrlik səfərdən dönəndə eyni yoldaşı tapırlar.
Pinqvinlərin 18 növü var Bu, əslində elmi dünyasında çox müzakirə olunan bir mövzudur. Ənənəvi olaraq, dünya miqyasında pinqvin növlərinin sayı 17 olaraq siyahıya alınmışdır. 2006-cı ildə Rokhopper pinqvini iki fərqli növ – cənub və şimal rokhopperi kimi tanınmağa başlayanda bu rəqəm 18-ə dəyişdirildi. Bununlada Dünyadakı elm adamları digər pinqvinlərə daha yaxından baxmağa başladılar və daha çox növ və ya alt növ ola biləcəyini kəşf etdiler.
İmperator pinqvinlərinin qadın-kişi rolları da tərsinədir.
Dişi yemək tapmağa gedərkən, erkək kürtə yatır və yumurtaları qoruyur. Bu pinqvinlər okeanın 500 metr dərinliyinə qədər enə bilir və orada 27 dəqiqəyə qədər qala bilirlər.
Pinqvinlərin gözlərinin kənarlarında olan əlavə bir orqan, suyun duzunu filtləyərək bədənlərinə girməsinə mane olur. Pinqvinlərin izolyasiya edən hava, dəri və yağ qatları var. Bədənlərinin çoxu tüklə örtülüdür. Bu tüklər suya davamlıdır. Dərinin altındakı qalın yağ təbəqəsi və suya davamlı tüklər pinqvinlərin soyuğa müqavimət göstərməsini təmin edir.
İlk tapılan pinqvin fosili təxminən 25 milyon il yaşı olan qayalarda tapıldı. keçmiş zamanlara aid bu qalıqlar bəzi pinqvin növlərinın, ortalama bir insanın ağırlığında və boyunda olduğunu ortaya çıxardı. Onların hündürlüyü 2 metrə qədər olduğu güman edilir.
2008-ci ildə Norveç, bir pinqvinə cəngavərlik ordeni vermişdir.
Əslində, Afrika pinqvinləri və Qalapaqos pinqvinlərinin son illərdə sayısı o qədər sürətlə azalır ki, onlar nəsli kəsilməkdə olan Pinqvin sayılırlar. Bundan basqa 10 pinqvin növü IUCN Qırmızı kıtabda ya həssas, ya da nəsli kəsilməkdə olan kimi siyahıya alınmışdır ki, bu da pinqvinləri albatrosdan sonra dünyada ən çox təhlükə altında olan ikinci quş qrupu edir.