BlogHekayəTarix

Qəhrəman Göyərçin – Cher Ami

194 əsgərin həyatını xilas edən qəhrəman göyərçin

Göyərçin dünyada sülhün ən tanınmış və universal simvollarından biridir. Min illərdir sülhün simvolu sayılan göyərçin ümidin, sevginin, azadlığın və harmoniyanın nümayəndəsidir. Xüsusən Xristianlıqda Tufandan sonra Nuhun göndərdiyi göyərçinin sülh və ümid mesajı daşıdığına inanılır. Ağ tükləri və zərif təbiəti ilə göyərçinlər məsumluğu və zərifliyi simvollaşdırır.

Göyərçin sülhün simvolu olsa da, yüzlərlə insanın həyatını xilas etmək üçün müharibələrdə də istifadə olunub.

Həmin qəhrəmanlardan biri də Cher Amidir.

Fransız dilində “Əziz dostum, yeganə dostum” mənasını verən Cher Ami Birinci Dünya Müharibəsi zamanı Fransada ABŞ ordusuna məxsus 600 poçt göyərçinindən biri idi.

Təsəvvür etdiyiniz kimi, Birinci Dünya Müharibəsi illərində kommunikasiya texnologiyaları indiki qədər inkişaf etməmişdi. Radio texnologiyası hələ ilkin mərhələdə idi və etibarsız idi. Bundan əlavə, naqilli telefon xətləri tez-tez düşmən atəşi ilə kəsilirdi. Buna görə də hərbi hissələr hələ də vacib mesajları çatdırmaq üçün göyərçinlərdən istifadə edirdilər.

1918-ci ildə Arqon Meşəsində döyüşün səs-küyü və tozunun içində Amerikanın 77-ci Diviziyasının əsgərləri düşmən xəttinin arxasında qaldılar. “İtirilmiş Batalyon” kimi tanınan bu bölmə çarəsiz şəkildə kömək gözləyirdi.

Yeməkləri və sursatları tükənmək ərəfəsində olan amerikalı əsgərlərin düşmən xəttində ilişib qalması, həm də müttəfiq artilleriyasından yaylım atəşinə məruz qalması onları çıxılmaz vəziyətə salmışdı.

Blokadada qalan əsgərlərin, xəbər göndərmək üçün cəmi 3 göyərçini qalmışdı.

194 əsgərin sağ qalması ümidi ilə əllərindəki göyərçinləri növbə ilə uçurmağa başladılar. İlk iki göyərçin havaya qalxarkən vuruldu və həyatını itirdi. Geridə qalan 194 nəfərin yeganə ümidi kimi onların buraxdıqları sonuncu göyərçin olan Cher Ami səmada qaldı.

Cher Ami səmaya qalxdıqdan az sonra düşmən qüvvələri tərəfindən vuruldu. Bir gözünü, bir ayağını itirən bu qəhrəman quş, yaralı olmasına baxmayaraq, 40 kilometr uçdu, yaralandı və təqribən 25 dəqiqədən sonra poçt göyərçinlərinin yanına enəndə bədəni qan içində idi, bir gözü qapalı və bir ayağının üstündə dayanırdı.

O, bazaya ağır yaralanmış halda gəldi və “Biz 276.4 paralelindəyik. Öz artilleriyamız birbaşa bizə atəş açır. Allah xatirinə bunu dayandırın!” mesajını çatdırdı.

Bu yaralı göyərçinin uğurla daşıdığı mesaj sayəsində Amerika artilleriyası öz qoşunlarını vurduğunu başa düşdü. Sonrakı hadisələr nəticəsində “İtirilmiş Batalyon” kimi tanınan 194 Amerika əsgəri xilas edildi.

Bu cəsur quş Amerika ordusu tərəfindən xidmət və qəhrəmanlıqlarına görə mükafatlandırılıb.

O, həmçinin Fransa hökuməti tərəfindən “Croix de Guerre” medalı və xurma budağı ilə təltif edilmişdir. Cher Ami bu qəhrəmanlıqdan sonra itirdiyi ayağın yerinə taxta ayaq düzəldildi və bu qəhrəman göyərçin daha bir il həyatını davam etdirdi.

Heykəlləri də ucaldılan bu cəsur göyərçinin hekayəsi tarixin səhifələrində qalsa da, onun xilas etdiyi canlara minnətdarlıq həmişə davam edəcək.

Reşat Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu