Niyə Finlandiya Dünyanın Ən XOŞBƏXT Ölkəsidir?

Date:

Share:

Finlandiya vətəndaşları ilin müəyyən dövrlərində həftələrlə günəş üzü görməsələr də, həyat şəraiti baxımından dünyanın ən xoşbəxt insanlarıdır. Finlandiya təkcə bu il deyil, ardıcıl beş ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçilir. Psixi sağlamlıq mütəxəssislərinə görə, fin xalqının həyatlarından bu qədər məmnun olmasının bir çox səbəbi var. Təhsilin əksər hallarda pulsuz olması, iş-həyat balansının qorunması və istirahət etmək bu səbəblərdən yalnız bir neçəsidir. Gəlin insanların Finlandiyada necə yaşadıqlarına daha yaxından nəzər salaq.

1. İnsanlar duyğularını açıq şəkildə ifadə edirlər.

Özünüzü pis hiss etdiyiniz zaman sizə “necə hiss edirsən?” deyə soruşanlara “yaxşıyam” cavabını vermisinizmi? Demək olar ki, hamımız bunu edirik. Dünyanın ən xoşbəxt ölkəsində isə bunu edənlər heç də xoş qarşılanmır! Finlandiyada duyğularınız barədə açıq və səmimi olmağınız təşviq edilir. Bu ölkədə, kefsiz olduğunuz zaman iki tərəfin də birbaşa “özümü yaxşı hiss etmirəm” cavabını verməsi daha doğrudur. Bu emosional səmimiyyət xoşbəxtlik üçün çox önəmlidir. Hepimizin bildiyi kimi, duyğularınızı basdırmaq həm psixoloji, həm də fiziki cəhətdən çox zərərlidir. Buna görə də hamımız bu mövzuda Finlandiyanı nümunə götürməliyik.

2. İş və həyatı tarazlaşdırırlar.

Finlandiya zəhmətkeş bir ölkədir, amma iş saatları dünyanın bir çox ölkəsinə nisbətən daha məqbul və balanslıdır. Burada 5 gün, gündə 6 saatlıq iş proqramı mövcuddur. Bu sayədə vətəndaşlar həm dincələ, həm də özlərinə zaman ayıra bilirlər.

Finlandiya neden dünyanın en mutlu ülkesi?

3. Təbiətin dadını çıxarırlar.

Finlandiya təbiət möcüzəsidir. Vətəndaşlar ölkənin bu imkanlarından asanlıqla yararlana bilirlər. Finlandiyada təbiət hər kəsin haqqı sayılır və finlər demək olar ki, hər bir meşədən, göldən və sahildən pulsuz istifadə edə bilirlər.

Finlandiyada çalışanların dörd həftəlik yay tətili hüququ var. Onların çoxu bu zamanı təbiətlə əhatələnmiş kənd yerlərində keçirməyi üstün tutur. Böyük şəhərlərdə isə çoxlu piknik məkanları mövcuddur. Araşdırmalar göstərir ki, təbiət stressi azaldır və xoşbəxtliklə birbaşa əlaqəlidir.

“Daha az stress, daha çox xoşbəxtlik deməkdir.”

4. Finlər şəxsi inkişaf mövzusunda çox həvəslidirlər.

Finlər deyirlər: “Biz həqiqətən özümüzü inkişaf etdirmək istəyirik, yeni şeylər öyrənmək ruh sağlamlığınıza yaxşı təsir edir.” Ancaq şəxsi inkişaf deyərkən işlə bağlı sahələr, məsələn, yeni dil öyrənmək nəzərdə tutulmur. Əgər yemək bişirməyi sevirsinizsə, yeni reseptlər öyrənmək və ya çöldə velosiped sürmək kimi sadə və əyləncəli fəaliyyətlər ən yaxşısıdır!

Finlandiya neden dünyanın en mutlu ülkesi?

5. İnsanlar bir-birinə güvənirlər.

Araşdırmalar göstərir ki, bir ölkədə güvən səviyyəsi nə qədər yüksəkdirsə, vətəndaşları da bir o qədər xoşbəxt olur. 2022-ci ildə dünyanın 16 şəhərində vətəndaşların dürüstlüyünü yoxlamaq üçün 192 pulqabı yerə atılaraq “itmiş pulqabı” təcrübəsi aparılıb. Finlandiyanın paytaxtı Helsinkidə 12 pulqabından 11-i sahiblərinə qaytarılıb.

Fin xalqı bir-birinə güvənir və dürüstlüyə böyük dəyər verir. Ölkə kifayət qədər kiçik olduğu üçün finlər ətraflarındakı insanları yaxşı tanıyır və onlara inanırlar. Bu, eyni zamanda tənhalığın azalmasına da kömək edir. Milli Tibb Kitabxanası tərəfindən 2021-ci ildə aparılan bir araşdırma isə tənhalığın xoşbəxtlik prosesini ləngidən amillərdən biri olduğunu ortaya qoyub.

Ətrafınızdakı insanların həyata müsbət baxması və bu mövzuda sizə dəstək olması xoşbəxtlik üçün mühüm amillərdən biridir. Bütün bu faktorların birləşməsi finlərin əksəriyyətinin yüksək həyat standartına sahib olmasına və gündəlik həyatlarından razı qalmalarına səbəb olur.

Rəşad Baynazarli
Rəşad Baynazarlihttps://baynazarli.com
Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

Subscribe to our magazine

━ more like this

Niyə Bəzi Mahnılar Beynimizdən Çıxmır? | Beynin Gizli Mexanizmi

Mahnılar beyin üçün sadəcə əyləncə deyil; onlar sinir sistemimizin dərin qatlarına toxunur və emosional-memoriya şəbəkələrini işə salır. Bəzən bir mahnını günlərlə, hətta həftələrlə beynimizdə...

Ay niyə hər il Yerdən təxminən 3.8 sm uzaqlaşır?

İnsanlar həmişə Ayın sabit olduğunu düşünürdü, amma elm artıq göstərir ki, Ay Yerdən hər il təxminən 3.8 santimetr sürətlə uzaqlaşır. Bu məsafə çox kiçik...

Delfinlər İnsanlardan Daha Ağıllıdır?

İnsan zəkanı çox vaxt özünə baxaraq ölçür. Yazı yazmaq, alət yaratmaq, şəhər qurmaq, texnologiya istehsal etmək – bütün bunlar insan üçün zəkanın sübutudur. Lakin...

Külək və Ümid: Küləyi Yəhərləyən Oğlanın Arzusu

★★★★★ "İnsan taleyini dəyişə bilərmi? Yoxsa baş verənlərə boyun əyməlidir?" "The Boy Who Harnessed the Wind" (Küləyi Yəhərləyən Oğlan - 2019) filmi, Malavidə yaşayan William adlı...

Alça Niyə Bu Qədər FAYDALIDIR?

Sən heç düşünmüsən ki, yaz aylarında dörd gözlə gözlədiyimiz o turş alçanın arxasında nə qədər fayda gizlənir? Sadəcə ağız sulandıran dadı ilə yox, bu...
spot_img