Kirpi balığı: Qeyri-adi Cütləşmə Ritualı.
Kirpi balığı Hind okeanında və Aralıq dənizində tapılan ən sirli balıq növlərindən biridir. Bir neçə il bundan əvvəl tədqiqatçılar Kirpi balığının dəniz dibində dairəvi estetik fiqurlar çəkdiyini gördülər. Bu fiqurlar elm aləmində müzakirələrə səbəb oldu. Lakin sonradan məlum oldu ki, bu qeyri-adi şəkillər Kirpi balığının cütləşmə ritualıdır..
Kirpi balıqları, digər dəniz canlılarından bir neçə unikal xüsusiyyətləri ilə seçilir. Onun xüsusiyyətlərindən biri yavaş hərəkət etməsidir, bu da dəniz yırtıcılarından qaçmağa gəldikdə onu bir dezavantaj edir. Bu çatışmazlığa baxmayaraq, onların çox mühüm üstünlüyü var. Təhlükə ilə qarşılaşdıqda, çevik mədələrini su və hava ilə dolduraraq yırtıcıları qorxudurlar. Kirpi balığının bəzi növləri çox zəhərlidir, bu zəhərə tetrodoksin deyilir və kirpi balığının bağırsağında yaşayan bakteriyalar tərəfindən istehsal olunur. Üstəlik, dərilərindəki sərt tikanlar yırtıcılar üçün ləzzətli yem olmalarına mane olur.
Onların başqa bir unikal xüsusiyyəti isə qeyri-adi cütləşmə ritualıdır. 1995-ci ildə məlum oldu ki, dəniz dibindəki bu sirli dairələr dişiləri heyran etmək üçün erkək balıqlar tərəfindən qurulub. Üzgəclərindən istifadə edərək çox mürəkkəb həndəsi naxışlar çəkirlər. Təxminən 2 metr diametrdə olan bu dairənin mərkəzi dişilərin yumurta qoyması üçün sığınacaq yerinə çevrilir. Kirpi balıqları bu unikal fiqurları yaratmaq üçün dəniz qabıqlarından istifadə edir. Ən maraqlı məsələ tikinti mərhələsində su axınlarının istifadəsidir. Su cərəyanları dairəvi formanın mərkəzinə incə çöküntülərin yığılmasına kömək edir.
Dişi kirpi balığının bu qeyri-adi dairəvi formanı həyat yoldaşı seçimində hansı meyarlara görə qiymətləndirdiyini hələ ki bilmirik. Bəzi tədqiqatçılar mərkəzdəki qumun keyfiyyətinin ən həlledici xüsusiyyət olduğunu düşünürlər. Təbiətin bu qeyri-adi sənətkar balıqları üzərində araşdırmalar davam edir.