BlogHekayəTarix

Kola İstehsalının Tarixi: Əfsanəvi İçkinin Arxasındakı Hekayə

Əsas ixtisası kimya olan 19 yaşlı gənc, Con Stit Pemberton 1850-ci ildə Corciya əyalətində tibb işçisi olaraq müstəqil həyata başlayır. Tibb və cərrahiyyə işlərinin ardınca Kolumbusda özünə bir aptek açır. Amerikan vətəndaş müharibəsinin məşhur döyüşlərindən olan Kolumbus döyüşündə Pemberyon, Konfederasiya ordusunun leytenantı olaraq iştirak edir və döyüş zamanı sinəsindən qılınc yarası alır. Döyüşdə aldığı bu yaranın sağalma dövründə ağrını kəsmək üçün morfindən istifadə etməyə başlayır.

Morfin asılılığından qurtulmaq üçün tərkibində morfin olmayan ağrıkəsici hazırlamaq üçün işlər görür. Kəşf etdiyi və tələb görən yüngül alkoqollu içkini daha geniş bazara çıxarmaq üçün Kolumbusdan Atlantaya köçür.

Bu əyalətdə də alkoqol qadağası qüvvəyə mindikdən sonra alternativ alkoqolsuz içki üzərində işləməyə başlayır. Təsadüfən icad etdiyi alkoqolsuz qazlı formulun ilk şüşəsi 8 may 1886-cı ildə Atlantada şəriki olduğu Yakobs aptekində satışa çıxarılır və məşhurluq qazanır.

Kolanın Qlobal Markalaşması

Coca-Colanın adı Pembertonun mühasibi Frank Robinson tərəfindən verilən bir təklif idi. Şərbətin resepti, kola qozundan koka yarpağı ekstraktı və kofein tələb edildiyi üçün Koka Kola adını tapmaq asan oldu. Marka 125 ildir qırmızı rəngli loqodan istifadə edilir. O vaxtlar “Coca-Cola”nın stəkanı 5 sentə satılırdı. Bir gündə cəmi 9 ədəd “Coca-Cola” satmaq mümkün olurdu. Bu gün isə dünya miqyasında bu rəqəm 1,6 milyard ədəddir.

Pemberton ölənə qədər morfin asılılığı davam etdiyi üçün şirkətin demək olar ki, bütün səhmlərini satır. İxtirasının bir gün bütün ölkədə məşhurlaşacağı xəyalı ilə son hissələri oğluna bağışlayır. Doktor Pemberton 1888-ci ildə mədə xərçəngindən vəfat edir. Amma atasının ölümünün ardınca oğlu Çarlez də əlindəki hissələri 1750 dollara satışa çıxarır.

Atlantalı iş adamı Kandler, Pemberton ölməmişdən öncə Kolanın hissələrinin böyük bir qismini alır. O, 1887-ci ildə Koka Kolanın gizli formulunu alıb təhlükəsiz bir yerdə saxlayır.

Kola İstehsalının Tarixi: Əfsanəvi İçkinin Arxasındakı Hekayə • Baynazarli.com

Daha sonra Kola, şüşə qablaşdırmada portatif halda, digər əyalətlərdə də satılmaya başlayır. Beləliklə, yeni şüşə qablaşdırmada Cola-nı qlobal səviyyədə yayılmaya başlayır. 1926-cı ildə Kandler təqaüdə çıxanda oğluna gizli formulu saxlamaq göstərişini verir. Bu dövrdə Cola istehsalında təqlidlər meydana gəlməyə başlamışdı. Amerikada qablaşdırmaya dair 1000-ə yaxın müəssisə yaradılır. Burada kolanın real dadı və orjinal şüşələri təqlid edilməyə başlasa da bu markalar günümüzə qədər gəlib çıxa bilməyib.

1919-cu ildə “Coca-Cola”nın gizli formulu Atlantadan New Yorka aparılır. “Coca-Cola” firmasının üzərində ən böyük təsir Robert Vudruff adı ilə bağlıdır. Firmanın 1923-cü ildə rəhbəri olan Woodruff “Coca-Cola”nın gizli formulunun qarşılığında banklardan böyük miqdarda kredit alır və firmanın dünya miqyasında, 60 illik böyüməsinə səbəb olur.

Kolanın Tərkibi: İçdiyimiz İçkinin Daxilində Nələr Var?

Bir neçə qərb ölkələrindən olan birləşmiş həkimlər qrupu, bir neçə il boyunca Kolanın xüsusiyyətlərini araşdırıblar. Araşdırmaların nəticələri elə də ürək açan olmayıb. Məlum olub ki uzun müddətli kolanın qəbulu, kişilərdə və qadınlarda sonsuzluqla nəticələnir.

Kolanın tərkibində qanın xərçəngini – leykemiyanı əmələ gətirən maddə var. Bu maddənin adı benzendir. Yəni Kola və Pepsi, kokain narkotikinin yüngül qarışığıdır. Şübhəsiz bu səbəbdən aslılıq yaradır. Kolanın qalan tərkibi isə şəkərdi, pəhriz variantında isə neyrotoksik maddə aspartadır, yəni pəhrizli Kola adi Koladan daha zərərlidir.

Bu gün 200-dən çox ölkə və bölgədə Coca‑Cola şirkəti və onun 225-dən artıq qablaşdırma üzrə ortaq şirkətlərində çalışan 700 000-dən çox şəxs bütün dünyaya bu sərinlədici içkiləri çatdırmağa çalışır.

Reşat Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu