Bayquşlar Haqqında Eşitmədiyiniz 10 Maraqlı Fakt.
Quşlar bir çox insanın sevimli canlıları arasındadır. Daha çox azadlıq və sülhlə bağlı olan bu canlıların bir çox növləri şəhər həyatında insanlarla birlikdə yaşayır. Ancaq bayquşlara gəldikdə işlər bir az qarışır. Bəzi insanlar üçün qorxulu olan bu canlıların, bədbəxtlik və təhlükəni yaratdıqlarına inanılır. Amma bayquşlar haqqında fikriniz nə olursa olsun, 200-dən çox növlə demək olar ki, bütün dünyaya yayılmış bu canlılar planetimizin ən maraqlı quşlarından biridir. Bayquşlar haqqında daha əvvəl eşitmədiyiniz 10 maraqlı faktı sizə təqdim edirik.
1. Bayquşlar başlarını 360 dərəcə çevirə bilməzlər.
Bir çox insan, bayquşların başını 360 dərəcə çevirə biləcəyinə inanır. Lakin bu doğru deyil. Bayquşlar başını hər iki tərəfə 135 dərəcə çevirə bilirlər. Beləliklə, onlar cəmi 270 dərəcə baxış bucağına sahibdirlər! Təbii ki, onlar bu qəribə xüsusiyyəti qeyri-adi bədən quruluşlarına borcludurlar.
2. Bayquşların gözləri bildiyimiz kimi yumru deyil.
Bayquşların son dərəcə üstün görmə qabiliyyətinə malik olduğu, hərkəsə məlumdur. Qaranlıqda belə uzaq məsafələri asanlıqla görə bilirlər, buna görə də ovlanmaq bacarıqları yaxşı inkşaf etmişdir.
Bayquşların gözləri bildiyimiz gözlərdən çox fərqlidir. Bu canlıların göz bəbəyi yoxdur. Bunun əvəzinə göz kanalları var. Yəni, bayquşlar müstəqil şəkildə gözlərini hərəkət etdirə bilmirlər. Buna görə də başlarını görmək istədikləri yerə çevirirlər.
*Şəkillər videoda
3. İnkişaf etmiş eşitmə qabiliyyətinə malikdirlər
Bayquşlar yaxşı görməklə bərabə üstün eşitmə qabiliyyətinə malikdirlər. Bunun sayəsində hətta yerin və ya qarın altındakı kiçik xırıltıları eşidə bilirlər!
Bəzi bayquş növləri, üzlərini eşitmə orqanı kimi istifadə edir. Bu növlərin həm üzlərində, həm də qulaqlarında müxtəlif səs dalğalarını ayırd etməyə imkan verən tüklər mövcuddur.
4. Bayquşlar son dərəcə sakit uçurlar.
Bir çox quş növünün öz qeyri-adi xüsusiyyəti olsa da, sakit uçmaq quş dünyasında çox nadir bir xüsusiyyətdir. Bayquşlar uçarkən demək olar ki, heç bir səs çıxarmır. Hava kütləsini kiçik cərəyanlara ayıran və bununla da səsi azaldan tükləri sayəsində onlar ovlarına demək olar ki, görünməz şəkildə yaxınlaşa bilirlər.
5. Ovlarının həzm edə bilməyən hissələrini qusarlar
İncə görünüşlərinə baxmayaraq, bayquşlar son dərəcə vəhşi canlılardır. Ovlarını tutduqdan sonra onu güclü caynaqları ilə əzərək öldürürlər. Sonra ovlarının ölçüsündən asılı olaraq, onu hissə-hissə və ya bütövlükdə yeyirlər. Ancaq sümük və xəz kimi hissələrini həzm edə bilmirlər. Bu hissələr bir növ torpağa çevrilir və bayquşların həzm sistemində sıxılır. Sonra ovlarından qalan bu maddəni qusaraq bədənlərindən atırlar.
6. Bayquşlar kamuflyaj üzrə mütəxəssisdirlər
Bir çox bayquş növləri gündüzləri yatmaqla keçirir. Buna baxmayaraq, onlar vəhşi təbiətdə yırtıcılara ov olmadan yaşaya bilirlər. Çünki onların yüksək inkişaf etmiş kamuflyaj qabiliyyəti var.
7. Bəzi bayquşlar yuvalarını yerin altında qururlar
Bir çoxumuz ağac budaqlarında bayquş görməyə öyrəşmişik. Ancaq bəzi bayquş növləri yuvalarını yerin altında qurur. Şimali və Cənubi Amerikada yaşayan “uzunayaqlı bayquş” digər yeraltı heyvanlar tərəfindən hazırlanmış yuvaları işğal edir və ya özü üçün yeni yuva qazır. Çoxalma mövsümünü bu yuvalarda keçirən bu bayquş növü, balalarını yeraltında dünyaya gətirir.
Bir az qəddar səslənir. Ancaq xüsusilə qida qıt olduqda, ana bayquşlar yalnız ən güclü balalarını bəsləməyi üstün tuturlar.
8. Bayquşlar bir çox fermerlər tərəfindən zərərvericilərə qarşı mübarizə aparan vasitə kimi istifadə olunur
Bayquşlar cəmi bir neçə ay ərzində 3000-dən çox həşərat və bir il ərzində orta hesabla 50 kiloqramdan çox dələ və ya siçan ovlaya bilirlər. Bu səbəbdən, bayquşlar bir çox fermer üçün ən yaxşı dost olmaq xüsusiyyətinə malikdir.
9. Qədim Yunanıstanda bayquşlar qələbənin müjdəçisi hesab olunurdular.
Balaca bayquş, yunan mifologiyasında müdriklik ilahəsi Afinanın dostu idi. Bayquşların müqəddəsliklə əlaqələndirilməsinin, ən mühüm səbəbi budur. Bununla belə, Afina həm də döyüş ilahəsi idi. Afinanın dostu olan bu bayquş, döyüşə gedən orduların himayəçisi sayılırdı və döyüş meydanında uçan bayquş yaxınlaşan qələbədən xəbər verirdi.
10. Bayquşlar bir çox mədəniyyətlərdə ölüm və cadugərliklə əlaqələndirilir.
Əksər mədəniyyətlərdə bayquşlar ölüm və cadugərlik kimi mənfi mənaları olan anlayışların, tərkib hissəsi kimi qəbul edilir. İş o yerə çatıb ki, hətta bu gün də davam edən bu xurafatlara görə bayquşların öldürüldüyü bölgələr var.
Bayquşun bədbəxtlik gətirdiyinə dair inanc 18-ci əsrə gedib çıxır. Təbii ki, bayquş evdən cənazənin nə vaxt çıxacağına və ya insanın nə vaxt öləcəyinə qərar verə bilməz. Bu, tarixdən günümüzə qədər gəlib çatmış xürafatlardan sadəcə biridir.