Mason və masonluq sözləri bir çox filmlərdə, seriallarda, xəbərlərdə və videolarda tez-tez rast gəlinir. Ona görə də bu sözün nə demək olduğu hərkəsə maraqlıdır. Mənşəyi 18-cı əsrin sonlarına təsadüf edən Masonlar ilə bağlı çoxlu sayda nəzəriyyələr mövcuddur. Bu təşkilat haqqında bilmədiyiniz məlumatları sizə təqdim edirik.
Mason nə deməkdir?
Massonluq fəlsəfi-etik hərəkat olub 18 əsrdə gizli beynəlxalq təşkilat şəklində meydana gəlmişdir. Mason sözü ingilis dilində olan freemason sözündən yaranmışdır və tərcüməsi azad bənna deməkdir. Çünki təşkilatı ilk dəfə bənnalar yaradıb. Bu bənnalar məhz Süleyman peyğəmbər üçün məbəd tikiləndə bir araya gəliblər. Hətta təşkilatın simvolunda da tikinti pərgarı və üçkünc xətkeş işarəsi var.
Onların ideologoyasına görə Allah dünyanın memarıdır. Masonluq müxtəlif formalarda mövcud olub üzvlərinin vahid mənəvi və metafiziki idealları bölüşməsi ilə səciyyələnir. Bunlardan ən birincisi Ali Varlığa inamdır. Masonlar həmin varlığa Kainatın ulu memarı deyirlər
Masonluq gizli quruluş olub sadəcə üzvləri üçün açıq fəaliyyət göstərən bir qurumdur.
Dünyada 7 milyona yaxın masonun olduğunu və bu şəxslərin 12 minə yaxıni mason lojasında fəaliyyət göstərdiklərini müəyyənləşdirmişdir.
Dünya üzrə masonluq sisteminin ən güclü olduğu yer kimi qəbul edilən Amerikada isə 2 milyon nəfər masonun varlığı məlumdur.
Masonlar mason lojaları olaraq adlandırılan təşkilatlarda fəaliyyət göstərirlər. Hər bir mason lojası mərkəzi Baş lojaya tabedir. Hər bir ölkədə bir baş loja mövcuddur. Burada istisna kimi Amerika Birləşmiş Ştatlarının hər bir ştatında ayrıca baş lojaların olduğunu qeyd etmək lazımdır.
Masonluq mərasimlərin və toplantıların gizli həyata keçirilməsi səbəbindən insanlar tərəfindən əsirlər boyu müzakirə edilmiş və daim maraq obyekti olaraq qalmışdır.
Masonlar nəyə inanırlar? Masonluq bir dindirmi?
Masonlar arasında ortaq bir fəlsəfi münasibətdən və insanlıq idealından danışmaq olar. Masonların söylədiklərinə görə, masonluq bütün insanlar arasında sevgi, tolerantlıq və qardaşlıq bərqərar etməyi qarşısına məqsəd qoyan və işini həqiqətin axtarışına yönəldən intellektual üst quruluş qurumudur. Bununla belə, öz aralarında bəzi şüarlardan da istifadə edirlər. Bu şüarlardan biri: “dinləyin, baxın və təmkinli olun”. Şüar masonların həyat tərzini formalaşdıran münasibəti ümumiləşdirir.
Masonluq, masonların söylədiklərinin əksinə olaraq, yəhudilik üzərində qurulmuş, milli və mənəvi dəyərləri pozmağı hədəfləyən, idealları gizli saxlanılan bir təşkilatdır. 1900-cü il iclas protokolunun 102-ci səhifəsində “Dindarları və məbədləri ələ keçirmək kifayət deyil. Bizim əsas məqsədimiz bütün dinləri məhv etməkdir”. yazır.
Masonlar kapitalist ölkələrində kapitalist, kommunist ölkələrində isə kommunist kimi işləyirlər. Bir sözlə, olduqları yerə uyğunlaşırlar. Fikir azadlığı sözünü irəli sürərək, “Biz masonlar olaraq inanc azadlığı ideyasını dünyaya yaymalı və lojalarımızda aldığımız qərarları bütün dünya ölkələrinə bildirməliyik. Beləliklə, din qardaşlığını məhv edib, onun yerinə mason qardaşlığını qoya bilərik”. deyirlər. Masonlar gizli məqsədlərini ört-basdır etmək üçün Allaha inandıqlarını deyirlər. Bununla belə, təbiəti yaradıcı qüvvə kimi tanıyır və onu Kainatın Böyük Memarı adlandırırlar.
Masonların simvolunun mənası nədir?
Mason simvollarının ən böyüyü olan bu simvoldakı əsas elementlər Pərgar və xətkeş bu təşkilatın ən mühüm simvoludur. Pərgar və üzərinə əyri qoyulmuş xətkeş (üzərinə Fratenidad Universal yazılıb) təşkilatın ən məşhur 1-ci simvoludur. Pərgar bu simvolda sonsuz çevrədəki sonu olmayan insanları, Xətkeş isə bu təşkilata yaraşan ağıllı, qəddar, bilikli və hiyləgər insanları ölçüb — biçib tapdıqlarını bildirir. Həmçinin pərgar və xətkeş bənnaların alətləri olduğuna görə yeni masonlar ilk masonlar olan 4 bənnanın ruhunu əbədi saxlamaq üçün bu logonu öz təşkilatlarının məşhur simvoluna çevirmişlər.
Azərbaycanda masonluq.
Əslində masonluğun Azərbaycandakı aktiv fəaliyyət tarixçəsi keçən əsrin əvvələrinə təsadüf edir. Rusiyada masonluğun mövcudluğunu, Rokfeller, Rotşild kimi ailələrin keçən əsrin əvvəllərində Azərbaycandakı fəaliyyətini nəzərə alsaq bu o qədər də təəccüblü görünmür.
Hazırda Amerikada Böyük magistr masson dərəcəsinə yüksəlmiş həmvətənimiz də var. 1938-ci ildə Təbrizdə anadan olan Bağır Heyət gənc yaşlarında İrandan Amerikaya mühacirət etmişdir. Bu ölkədə ticarət fəaliyyətinə daşınmaz əmlakın alqı-satqısı ilə başlayan Bağır Heyət Amerika vətəndaşlığı aldıqdan sonra adını dəyişərək Robert qoymuşdur. Masonluq fəaliyyətinin ən aktiv dövrünü Rumıniyada keçirmiş, Çauşesku rejiminin devrilməsində, Rumıniyadakı xalq qiyamının təşkilində, Amerokadakı “Nur lojası” və “Azəri lojası”nın qurulmasında fəal iştirak etmişdir.
Bu təşkilatın gizli olduğünü nəzərə alsaq nəyin real olduğunu dəqiq bilmək mümkün deyil.