Təbiət və İnsan: Meymunlar Cəhənnəmi Film Silsiləsinə Baxış
Meymunlar Cəhənnəmi (Planet of the Apes) filmləri kino tarixində çoxşaxəli, maraqlı və düşüncə oyandıran əsərlərdən biridir. Bu silsilə iki fərqli dövrə bölünür: birinci sezon 1968–1973-cü illəri, ikinci sezon isə 2011–2024-cü illəri əhatə edir. Hər iki sezon özünəməxsus rejissor yanaşmaları, hekayə dərinliyi və vizual təqdimatı ilə filmləri maraqlı edir.
Birinci Sezon: Orijinallıq və Elmə Söykənlən Fantastika
Birinci sezon Meymunlar Cəhənnəmi silsiləsinin bazasını qurur. 1968-ci ildə çəkilən “Planet of the Apes” filmi tamaşaçılara tamamilə yeni bir fantastik dünya təqdim edir. Hekayənin orijinallığı və personajların yetişmiş olması izləyiciləri filmlərə ard-arda baxmağa sövq edir. Digər fantastik filmlərdən fərqli olaraq, Meymunlar Cəhənnəmi silsiləsində baş verən hadisələrin elmi izahı verilir. Bu yanaşma, reallıq sevənlər üçün filmləri daha da cazibədar edir.
Birinci sezonun üçüncü filmi olan “Escape from the Planet of the Apes” (Qaçış – 1971) xüsusi olaraq diqqətimi çəkdi. Dialoqların orijinallığı və hadisə axınının dolğunluğu, bu filmi maraqla izləməyə şərait yaratdı. Bununla yanaşı, “Conquest of the Planet of the Apes” (Üsyan – 1972) və “Battle for the Planet of the Apes” (Savaş – 1973) filmləri, rejissor Lee Thompson’un tərzi səbəbindən öncəki bölümlərə nisbətən daha zəif alınmışdı. Thompson’un western tərzində yanaşması bu filmlərin sosial mesajlarını tam ifadə etməsinə mane olub. Gələcək bölümlərdə bu iki filmin Amerikanlar tərəfindən də ciddi qəbul edilmədiyinin fərqinə vardım.
İkinci Sezon: Yenidən Doğuş və Duyğusal Bağlar
2011-ci ildə çəkilən “Rise of the Planet of the Apes” (Başlanğıc) filmi Meymunlar Cəhənnəminə yeni bir baxış bucağı təqdim etdi. İkinci sezon, 1968-ci ildə çəkilən ilk filmdəki hadisələrə aydınlıq gətirməklə yanaşı, yeni texnologiya və vizual effektlər vasitəsilə tamaşaçıya daha yaxın bir hekayə təqdim edir. “Dawn of the Planet of the Apes” və “War for the Planet of the Apes” filmləri rejissor Matt Reeves’in ustalıqla çəkdiyi filmlərdəndir.
Bu filmlərdə duyğusal hisslər daha ön plandadır. Reeves’in kamera planları izləyicini meymunlarla emosional bağ yaratmağa məcbur edir. Xüsusən “War for the Planet of the Apes” (Savaş – 2017), sanki bir film deyil, sənədli film dadında idi. Filmdəki duyğusal toxunuşlar, sarı simə toxunma və təbiətin insana verdiyi cavablar tamaşaçıya dərin təsir bağışlayır.
Lakin bu sezonun sonuncu filmi, “Kingdom of the Planet of the Apes” (2024), bütün ümidlərimi boşa çıxardı. Ssenaridəki boşluqlar, personajların yarımçıqlığı və dialoqların ən ucuz Hollywood filmlərinden geri qalmaması filmi tamamlamağı çətinləşdirdi. Bu səbəbdən, filmi 2x sürətlə izləmək məcburiyyətində qaldım. 🙁
Cəhənnəmdən Gələn Mesaj…
Meymunlar Cəhənnəmi silsiləsi ümumilikdə böyük bir hekayəni insanlara çatdırır. Bu filmlər məndə bir “Məsih hekayəsi” təsiri yaratdı. Və ən böyük mesajı insan nə vaxt təbiətə baş qaldırsa sonu hər zaman hüsranla bitib. Meymunlar Cəhənnəmi sadəcə fantastik bir macəra deyil, həm də insanın özündəki zəiflikləri və təbiətlə münasibətini yenidən qiymətləndirmək üçün güclü bir çağırışdır…