BlogDünya

Qüds: Dinlərin və Mədəniyyətlərin Kəsişmə Nöqtəsi

İsraillilər və fələstinlilər üçün müqəddəs yer olan Qüds son dərəcə mübahisəlidir. İsrail, şəhəri öz paytaxtı hesab edib, fələstinlilər isə şərqi Qüdsü gələcək Fələstin dövlətinin paytaxtı kimi görürlər. Bəs Qüds niyə bu qədər mühüm yerdir?

Dünyada üç əsas din – islam, xristianlıq və yəhudi dinləri üçün bu qədər vacib olan başqa yer tapmaq olmaz. Bu yer məhz Qüds şəhəridir. 4 min il bundan qabaq salınan şəhər tarixən müxtəlif hökmdarların nəzarəti altına keçsə də, mənəvi əhəmiyyətini itirməyib.

Qüds: Dinlərin və Mədəniyyətlərin Kəsişmə Nöqtəsi • Baynazarli.com

Xristianların inancına görə, Allah Yer kürəsini yaradarkən bu şəhərə daş atıb, dünya həmin daşdan formalaşıb və bu daş Qüdsün olduğu yerə düşüb. Hazırda bu daş Qübbətüs-Səhra məscidindədir. Şəhərin ortasında uzanan dərə Qüdsün köhnə hissəsini yenisindən ayırır və o, bütün dünyada Gehenna adı ilə tanınır. Rəvayətə görə, Qiyamət günündə bu dərə aralanacaq və cəhənnəm alovu günahkar bəndələri öz ağuşuna çəkəcək. Əməlisalehlərin ruhları isə tük kimi nazik Sirat körpüsündən keçib cənnətə gedəcək.

Ağlama Divarının Tarixi və Mənası

Bu gün dünya əhalisinin bir qismi Qüds sözünü yəhudilərin ən müqəddəs ziyarətgahı olan Ağlama divarı (və ya Göz yaşı divarı) ilə assosiasiya edir. Ağlama divarı Məbəd dağının qərb tərəfində yerləşmiş qədim yəhudi məbədi divarının qalıqlarıdır. Hz. Süleymanın padşahlığı dövründə bu divarın aid olduğu Süleyman məbədinin tikintisinə başlanıldı. Məbədin tikintisi 7 ildən çox müddətdə başa çatdırılıb. Babillilər Qüdsü işğal edəndə məbədi qarət edib dağıtdılar. Məbəd eramızdan əvvəl 537-515-ci illərdə yenidən tikilmişdir. Eramızdan əvvəl 70-ci ildə romalılar Qüdsü mühasirəyə alarkən məbədi yandırıb dağıdıblar. Ağlama və ya Qərb Divarı kimi tanınan bu müqəddəs yer Hirod tərəfindən tikilmiş məbədin ətrafındakı divarın bir hissəsidir.

Divar bu gün yəhudilərin ayinlərini və ibadətlərini yerinə yetirdikləri yer kimi tanınır. İnanca görə, daşlar arasına kağızda arzunu yazıb və hər iki əlini divara qoyub nəyisə ürəkdən arzulayarsansa, istəyin mütləq gerçəkləşir. İnanclarda hətta bu yolla Tanrı ilə bir qədər ünsiyyət qurmağın mümkünlüyü də öz əksini tapır. Qeyd etmək lazımdır ki, kişilərdən fərqli olaraq, qadınlar ayrı-ayrılıqda dua edirlər.

Qüds: Dinlərin və Mədəniyyətlərin Kəsişmə Nöqtəsi • Baynazarli.com

Eyni zamanda bu divar Müsəlmanlar üçün də önəmlidir. Hz. Məhəmmədin Merac möcüzəsi zamanı dəvəsini bu divara bağladığına inanılır. Bu səbəbdən bu divara müsəlman aləmində Burak Divarı da deyilir

Qüdsün üç din üçün müqəddəs şəhər olması sanki həm də onun lənətidir. Təəssüf ki, şəhər əsrlər boyu nifaq mənbəyi olaraq qalıb, onun uğrunda münaqişə və müharibələr olub, hazırda da davam edir.

Reşat Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu