BlogFaydalı

Xoruldamaq Nədir? Bunun İnsan Bədəninə Təsirləri

Statistikaya görə, yuxu zamanı yatanların 45 faizi xoruldayır. Müşahidələr həmin prosesin kişilər arasında daha çox yayıldığını göstərir. ABŞ-da xoruldamanın qarşısını almaq üçün icad edilən 300-dən çox cihaz patentləşdirilib. Onların arasında maraqlı olanlar da var. Baş və çənə kəmərləri, boyunluqlar və buruna yerləşdirilməsi təklif edilmişdir, lakin demək olar ki, hamısı xoruldamanın qarşısını ala bilməmişdir.

İnsanı xoruldayan zaman elektrik ilə oyatmaq və bununla da xoruldamamağa öyrətmək üsulları da sınaqdan keçirilmişdir. Ancaq xoruldama tamamilə insandan aslılı olmayan bir prosesses olduğu üçün bu cihaz insanı daim oyaq saxlamaqdan başqa heç bir işə yaramır. Bəs insanlar niyə xoruldayır? Gəlin birlikdə bu problemin səbəblərinə baxaq.

Xoruldama Nədir?

Xoruldama yuxu əsnasında hava axını boğazdan sərbəst keçə bilmədikdə yaranır və yuxuda tənəffüs dayanması xəstəliyinin əlaməti sayılır. Başqa sözlə Xoruldama yuxarı tənəffüs yollarının qismən tıxanması nəticəsində yaranan səs-küylü tənəffüs vəziyyətidir.  

Xoruldama burun tutulmasıyla müşahidə olunan müxtəlif xəstəliklərin əlaməti olmaqla yanaşı, bir çox fiziki qüsurlar nəticəsində əmələ gələ bilər. Tıxanmış tənəffüs yolu tənəffüs funksiyasını düzgün şəkildə getmədiyi zaman, boğazda titrəməyə səbəb olur. Nəticə etibarilə, yuxarı tənəffüs yollarından yaranan problemlər səbəbiylə insan rahat nəfəs ala bilmədikdə xoruldama problemi yaranır.

Xoruldamanın Səbəbləri

Ağız və boğaz anatomiyası xoruldamada rol oynaya bilər. Misal üçün; burunda çəpər əyriliyi, böyüdülmüş badamcıqlar və ya dar bir tənəffüs yolu xoruldamaya səbəb ola bilər.

Artıq çəki və ya piylənmə boğazda yağ toxumasının miqdarını artıraraq tənəffüs yollarını daralda və xoruldama problemlərinə səbəb ola bilər.

Yaşlandıqca boğazımızdakı və dilimizdəki əzələlər zəifləyərək xoruldama ehtimalını artırır.

Arxa üstə yatmaq uvula və yumşaq damağın boğazın arxasına doğru çökməsinə, tənəffüs yollarını maneə törətməsi nəticədə xoruldamaya səbəb ola bilər.

Siqaret tənəffüs yollarında iltihab və qıcıqlanmaya səbəb olduğu üçün, xoruldama problemini yarada bilər.

Xoruldamaq Nədir? Bunun İnsan Bədəninə Təsirləri • Baynazarli.com
Xoruldamanın Səbəbləri

Bəzi hallarda xoruldama; Bu, yuxu apnesi və ya digər tənəffüs sistemi pozğunluqları kimi ciddi bir problemi göstərə bilər. Əgər xoruldama şiddətlidirsə, gündüz həddindən artıq yuxululuq varsa və ya yuxu zamanı nəfəs almaqda çətinlik çəkirsinisə, bu vəziyyəti düzgün dəyərləndirmək üçün mütəxəssis həkimə müraciət etmək son dərəcə vacibdir.

Reşat Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu