Film Haqqında

Mulholland Drive: Yuxu və Gerçəklik Dalanı

Bu bir sahte orkestra, bu bir ilizyon...

Değerlendirme: 3.5 / 5.

David Lynchin rejissorluğu ilə çəkilən “Mulholland Drive” (2001) filmi tamaşaçıya qeyri-adi bir təcrübə təqdim edir. Film həm Hollivudun parlaq görkəminin arxasındakı tənqidi, həm də xəyallar və reallıq arasındakı sərhədləri araşdırır. Bu film, mənim üçün uzun müddət düşündürücü bir əsər oldu. Onu 9 yanvar 2025-də izləsəm də, fikirlərimin tam formalaşması bir neçə gün çəkdi.

Mulholland Drive: Yuxu və Gerçəklik Dalanı - Baynazarli.com

Filmin İki Hissəli Quruluşu

“Mulholland Drive” iki fərqli hissəyə bölünür. Birinci hissə Dianein yuxusudur – arzuların, xəyalların və qeyri-mümkünlərin təmsili. İkinci hissə isə bu yuxunun qısa izahıdır. Filmin əvvəlindəki kafe səhnəsindəki dioloqlar və insanların robotik hərəkətləri, əslində, yuxuda olduğumuza işarə edir. Bu detallar Lynchin tamaşaçını ilk andan çaşdırma məqsədini aydın şəkildə göstərir.

Mulholland Drive: Yuxu və Gerçəklik Dalanı - Baynazarli.com

Film boyunca Lynch Hollivudun qaranlıq tərəfini göstərir. Filmdə studiyalarının holdinqləşməsi və prodüserlərin özlərini tanrı kimi hiss etmələri xüsusi vurğulanır. Bu səhnələr sadəcə tənqid deyil, həm də kino sənayesinin daxili mexanizmlərinə dərin bir baxışdır. Lynch, Hollivudun parlaq maskasının arxasında gizlənən sərt reallığı ustalıqla açır.

Personajların Dərinliyi

Filmdəki personajlar çox güclü metaforik mənalar daşıyır. Əsmər bir qadın olan Rita (əsl adını heç vaxt bilmirik) bir müddət sonra sarışın olmağı qəbul edir. Bu dəyişiklik, onun öz kimliyini itirərək Hollivudun ideal qadın obrazına uyğunlaşmasını simvolizə edir. Ritanın yuxu boyunca özünə bənzəyən qadınlarla qarşılaşması və keçmişini unutması, Hollivudun fərdiliyi əzərək obyektlər yaratmaq mexanizmini göz önünə sərir.

Mulholland Drive: Yuxu və Gerçəklik Dalanı - Baynazarli.com

Maraqlı Vizual Üslub

Filmin görüntüləri həm estetik, həm də simvolik mənalar daşıyır. Əvvəlcə Amerikan serial üslubunda başlayan səhnələr, hadisələr irəlilədikcə Alfred Hiçkokun və 80-ci illərin filmlərinin atmosferini xatırladır. Bu keçidlər təsadüfi deyil, Lynchin Hollivud tarixindəki müxtəlif dövrlərə göndərməsi kimi görünür. Fikirimcə bu vizual üslub filmin emosional təsirini daha da artırır.

“Mulholland Drive” izləmək sadəcə bir filmə baxmaq deyil, düşüncə və hisslərinizi silkələyən bir təcrübədir. İlk baxışda anlaşılmaz görünə bilər, amma zaman keçdikcə hər bir səhnənin və metaforanın mənası açılır. Lynch, bu film vasitəsilə yalnız Hollivudu deyil, ümumiyyətlə, insanın xəyallar aləmini də tənqid edir. Bu film, mənim üçün Hollivudun yaratdığı parlaq illüziyaları sarsıdan və tamaşaçını reallığa qaytaran unikal bir əsərdir.

Rəşad Baynazarli

Salam Dünya! Sizi burada görməkdən çox məmnunam. Bloqumda şəxsi təcrübələrimi, maraqlı məlumatları və həyatımın rəngarəng anlarını sizinlə paylaşmaqdan zövq alıram. Hər yazıda yeni bir dünya kəşf edəcəyinizə əmin olun!

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu